Xəbərdarlıq nişanlarına əməl etmək niyə vacibdir?


Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir. Məcburi köçkünlər ata-baba yurdlarına qayıdır, bu yerlərdə həyat yenidən canlanır. Qarabağ və Şərqi Zəngəzurda bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə indiyədək 8600-dən çox məcburi köçkünün qayıdışı təmin edilib. Köçürülmə prosesində təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. İşğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların mövcudluğu geri qayıdan əhali üçün potensial təhlükə mənbəyidir. Bu təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri ilə yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində hazırladığı növbəti videoçarx insanları mina təhlükəsi ilə bağlı ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır.


MANŞET XƏBƏRLƏRİ