Putin gələn ay Bakıya gələcək? - Peskovdan CAVAB


Rusiya prezidenti Vladimir Putinin Bakıda keçiriləcək COP29 tədbirində iştirakı ilə bağlı hələ qərar qəbul edilməyib.

Turkustan.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiyanın mütləq şəkildə tədbirdə təmsil olunacağını vurğulayıb.

“Hələ heç bir qərar verilməyib”, - Kreml nümayəndəsi "RİA Novosti"nin Vladimir Putinin konfransda iştirakı ilə bağlı sualına cavab verib.

Bir neçə gün əvvəl Rusiya Prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev jurnalistlərə açıqlamasında bildirib ki, Putin və ya baş nazir Mixail Mişustin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edə bilər.

“Mən prezidentin fərmanı ilə Rusiya nümayəndə heyətinə rəhbərlik edirəm. Amma ümid edək ki, bu il onlardan biri - ya prezident, ya da hökumət sədri olacaq. Azərbaycan strateji əhəmiyyətli tərəfdaşdır və mən əlbəttə ki, statusun daha yüksək olmasını, açılışda ya prezident, ya da hökumət sədrinin olmasını istərdim, ondan sonra danışıqların əsas hissəsini məntiqi sonluğa çatdırardım”, - Edelgeriyev qeyd edib.

Qeyd edək ki, noyabrın 11-22-də Bakıda COP29 iqlim konfransı keçiriləcək. /modern.az/


MANŞET XƏBƏRLƏRİ