Ermənistan Üçtərəfli Bəyannamədən imzasını geri götürməyib: Overçuk nəyə işarə edir?


Ermənistan 2020-ci ildə Bakı, İrəvan və Moskvanın imzaladığı Üçtərəfli Bəyannamədən öz imzasını “rəsmi olaraq” geri götürmür. Bununla yanaşı, təxminən il yarımdır ki, regionda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində heç bir irəliləyiş yoxdur.

Turkustan.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Ermənistan rəsmi olaraq Üçtərəfli Bəyannamədən çıxmayıb və imzasını geri götürməyib, lakin eyni zamanda, iki ildir ki, baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun xətti ilə demək olar ki, heç bir hərəkət olmayıb", - deyə Overçuk Rusiyanın Birinci Kanalına danışıb.

Onun sözlərinə görə, regionda iqtisadi və nəqliyyat dəhlizlərinin blokdan çıxarılması “yalnız Rusiyanın iştirakı ilə mümkündür”. (publika.az)


MANŞET XƏBƏRLƏRİ