İrəvan Bakı ilə bu razılaşmanı təcili təsdiq edir - Əsl məqsəd nədir?


Ermənistan hakimiyyəti Azərbaycanla sərhədin delimitasiya qaydalarını ratifikasiya edilməsi üçün parlamentə göndərib.

Turkustan.az
xəbər verir ki, daha öncə Ermənistan Ali Məhkəməsi delimitasiya qaydalarını təsdiqləmişdi. Parlamentin təsdiqlənməsindən sonra qaydalar Ermənistanda qüvvəyə minəcək.

“Hraparak” nəşri yazır ki, parlamentin delimitasiya qaydalarının təsdiqi məsələsini nə vaxt müzakirəyə çıxaracağı məlum deyil.

“Ali Məhkəmə məsələni böyük sürətlə araşdırdı və konstitusiyaya uyğunluğunu təsdiqlədi. Parlamentdə də sürətlə təsdiq edilməs gözlənilir. Lakin Azərbaycanda bu məsələ ilə bağlı qeyri-müəyyənlik var, ümumiyyətlə müzakirə edilmir. Ermənistan tərəfi isə tələsir”, - nəşr yazır.

Ermənistanın tələsməsi təsadüfi deyil. Rəsmi İrəvanın cari hədəfi sülh sazişi layihəsini razılaşdırılmamış maddələri kənara qoyaraq, razılaşdırılmış maddələr üzrə imzalamaqdır. Bununla Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi də daxil olmaqla bir sıra tələblərini arxa plana keçirməyi planlaşdırırlar. Sərhədin delimitasiyası qaydalarının tələsik təsdiq edilməsi də Azərbaycanı “fakt qarşısında” qoymaq, beynəlxalq ictimaiyyətdə “Ermənistan sülh üçün bütün addımları atır, Azərbaycan qarşı çıxır” rəyini yaratmaq məqsədi daşıyır. (publika.az)


MANŞET XƏBƏRLƏRİ