“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi adlandırılan layihə əslində tamamlanmış sənəd yox, davam edən diplomatik prosesin bir hissəsidir. Sənədin bəndləri ilə tanış deyilik, pərdəarxası müzakirələrin getdiyi məlumdur və yalnız baş nazir, yaxud xarici işlər nazirinin açqladığı qədər bilirik. Lakin suallar da var. Misal üçün, müqavilədə təzminatla bağlı bənd varmı?”
Turkustan.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə erməni ekspert Ara Qazaryan deyib.
Erməni ekspert danışıqların məxfiləşdirilməsinə də toxunub. Bildirib ki, bu yalnız o halda mümkündür ki, sənədlər və ya layihələr rəsmi olaraq məxfi kimi tanınsın və müvafiq siyahıya daxil edilsin: “Əks halda, sənədi ictimaiyyətdən gizlətmək qanun pozuntusudur”. (publika.az)