“Ermənistan Konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən, ratifikasiya olunmuş istənilən beynəlxalq müqavilə daxili qanunvericilikdən daha yüksək hüquqi qüvvəyə malik hesab olunur”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
Onun sözlərinə görə, Bakı ilə imzalanacaq sülh müqaviləsi İrəvan üçün qanunvericilikdən daha əhəmiyyətlidir:
“Konstitusiyada bu məsələ aydın şəkildə qeyd olunur. Ermənistanın ratifikasiya etdiyi beynəlxalq müqavilə qanunvericiliklə ziddiyyət təşkil etdikdə, bu zaman həmin müqavilənin normaları tətbiq edilir. Azərbaycanla sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişdə tərəflərin bir-birinə qarşı ərazi iddiasının olmadığı və gələcəkdə də irəli sürülməyəcəyinə dair maddə var. Yəni, nə Bakı, nə də İrəvan ərazi iddiası üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz. Həmin sənəd imzalandıqdan sonra Konstitusiya Məhkəməsi və Milli Məclis tərəfindən təsdiqlənəcəyi təqdirdə, istənilən daxili qanunvericilikdən daha üstün olacaq”./Globalinfo.az