Köçəryan və Sərkisyan Bakıya verilir? – Karapetyandan sensasiya


“Biz bilirik ki, Əliyev səmimi düşməndir. İstədiyini deyir və tələb edir”.

Turkustan.az xəbər verir ki, bunu erməni alim Davit Karapetyan deyib.

O qeyd edib ki, əslində Bakının İrəvandan daha bir tələbi var:

“Əliyev təkcə səmimi düşmən deyil, həm də bağlı gözlərimizi açan, başımıza gələnləri açıq-aydın deyən, Ermənistanın satıldığını açıqlayan səmimi “dostdur”.

Əgər dünən azərbaycanlıların Qarabağa, Şərqi Zəngəzura qayıtdıqları kimi, “öz ata-baba yurdu Qərbi Azərbaycana” (dırnaq Karapetyana məxsusdur – red.) da qayıdacaqlarına əmin olduğunu bəyan edirdisə, bu gün deyir ki, İrəvan sülh istəyirsə, vəhşilikləri pisləməlidir, günahkarlar cəzalandırılmalıdır.

Söhbət ondan gedir ki, Bakı sülhün bərqərar olması üçün Qarabağ müharibəsində rol oynamış, töhfə vermiş (işğala – red.) hərbi və siyasi xadimlərin cəzalandırılmasını zəruri hesab edir. Şübhə yoxdur ki, Bakı İrəvana onların adları yazılmış siyahı verəcək”.

Qeyd edək ki, Karapetyanın nəzərdə tutduğu “hərbi və siyasi liderlər” birinci Qarabağ müharibəsində Azərbaycana qarşı cinayətlərdə, xüsusən Xocalı soyqırımında əli olan keçmiş prezidentlər Robert Köçəryan, Serj Sərkisyan və başqalarıdır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ