İranda spirtli içkidən 200-ə yaxın insan zəhərlənib.
Turkustan.az xəbər verir ki, bu gün Mazandaran əyalətində saxta spirtli içkidən zəhərlənənlərin sayı artaraq 200 nəfərə çatıb.
Məlumata görə, Mazandaran Tibb Elmləri Universitetinin Müalicə fakültəsinin müdiri Rəsul Zəfərmənd bildirib ki, zəhərlənənlərin çoxu əyalətin Çalus, Nouşəhr, Amol və Qaimşəhr şəhərlərinin sakinləridir.
Onun sözlərinə görə, Çalusda 19-u qadın, 72-si kişi olmaqla 91 nəfər zəhərlənmə əlamətləri ilə xəstənaya müraciət edib. Nouşəhrdən bir qadın, 14 kişi, Amoldan üç qadın, 44 kişi, Qaimşəhrdən isə 6 nəfər zəhərlənib.
Qeyd olunub ki, zəhərlənənlərdən biri qadın, üçü kişi olmaqla ümumilikdə dörd nəfər ölüb.
***
Həmədanda isə bir neçə nəfər spirtli içkidən ölüb
İRNA xəbər verir ki, dünən Güney Azərbaycanın Həmədan şəhərində #saxta spirtli içkidən dörd nəfər həyatını itirib.
Məlumata görə, Həmədan əyalətinin prokuroru Abbas Nəcəfi bildirib ki, son üç gündə ümumilikdə 18 nəfər spirtli içkidən zəhərlənərək xəstənaya yerləşdirilib.