Paşinyan işarə vurdu: geri çəkilirik – Surenyants


“Azərbaycan Prezidentinin Ermənistandan hərbi cinayətlərə görə üzr istəməsini tələb etməsi təbliğat xarakteri daşımır. Gəlin özümüzü aldatmayaq”.

Turkustan.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“Paşinyan artıq deyib ki, bizi sıxışdırdıqları üçün konstitusiyanı dəyişdirəcəyik. Bununla Ermənistanın beynəlxalq məhkəmələrdən iddialarını geri çəkəcəyinə işarə vurur. Qorxuram ki, yaxın zamanlarda Paşinyan bizi Birinci Qarabağ müharibəsinin “qəhrəmanları”nın cəzalandırılmasına inandıracaq”, – Surenyants bildirib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ