“Sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırıq” – Simonyan


Ermənistanın bu gün Azərbaycanla sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamaq üçün siyasi iradəsi var.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.

“Bu gün də biz razılaşdırılmış bəndləri imzalamağa hazırıq, Ermənistanın siyasi iradəsi var”, - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan hakimiyyəti bəyan edib ki, İrəvan və Bakı sülh sazişinin 80%-i üzrə razılığa gəliblər. /yeniavaz.com/az


MANŞET XƏBƏRLƏRİ