“Beynəlxalq münasibətlərdə güc faktoru yeganə həlledici məsələ olur. Bu halda Ermənistan kimi zəif ölkələrin dövlətçiliklərini itirməsi ilə bağlı real dilemma yaranır”.
Turkustan.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Onun sözlərinə görə, İsrailin Livana müdaxiləsində hədəf “Hizbullah” yox, İrandır:
“Bunun nəticəsində ya Ermənistanın ərazi bütövlüyünün təminində vacib faktor olan İranın real təsiri zəifləyəcək, ya da Tehran böyük müharibəyə cəlb olunacaq. Beləliklə Azərbaycanın ABŞ və İsrail üçün strateji rolu artacaq”./Globalinfo.az