Paşinyan “Zəngəzur dəhlizi” ifadəsini bu sözlə əvəz etdi


“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana dəhliz verməyəcəyini desə də, bunun əksinə addım atır”.

Turkustan.az xəbər verir ki, bu sözlər “Hraparak” qəzetinin məqaləsində yer alıb.

Qəzet yazır ki, Paşinyan indi də “dəhliz” əvəzinə “keçid” sözündən istifadə edir:

“Baş nazir faktiki olaraq suverenlik desə də, digər tərəfdən Azərbaycana sadələşdirilmiş keçid verməkdən danışır. Bu da öz növbəsində dəhliz məntiqinə gəlib çıxır. Nikol Paşinyan Qarabağdan Azərbaycana dəhliz verməmək üçün imtina etmişdi. O, Gorus-Qafan yolundan da geri çəkildi, lakin bütün bunlardan sonra Zəngəzurdan dəhliz verilməsinə razılaşdı.

Əgər İrəvan buna razı olacaqdısa, niyə o yoldan imtina edirdi? İndi dəhlizin açılmasını hətta erməni əsirləri geri tələb etmədən belə gerçəkləşdirməyə hazırdır. Bir şey aydındır ki, Paşinyan üçün öz hakimiyyətini saxlamaq dövlətin maraqlarından daha vacibdir”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ