Şoyqu İranı razı saldı, Blinken İrəvana xəbərdarlıq etdi – “Tezliklə Zəngəzurda...”


Cənubi Qafqazda maraqları olan bütün geosiyasi qüvvələrin diqqəti Zəngəzur dəhlizindədir.

Turkustan.az xəbər verir ki, bunu erməni politoloq Ruben Marqaryan deyib.

Ekspertin fikrincə, yaxın gələcəkdə məsələ yekun həllini tapacaq:

“Hazırda bütün diqqət Zəngəzur dəhlizi probleminə yönəlib. Əsas yerdəyişmə orada baş verir, hamı bundan nəsə almaq istəyir. Məsələ ilə bağlı Qərb, Rusiya, İran və ümumiyyətlə, bütün oyunçular arasındakı ziddiyyətlər qabarıq görünür. Baş verənlərlə bağlı daha konkret misallar verə bilərəm.

Rusiya baş nazirinin müavini Overçuk Paşinyanla uzunmüddətli danışıqlar üçün İrəvana gəlir, ondan əvvəl ABŞ dövlət katibi Blinken zəng edərək Paşinyanı dəqiqləşdirmə aparmağa çağırır. Rusiya baş nazirinin müavininin səfərindən dərhal sonra Fransa xarici işlər naziri gəlir, danışıqlar 99 faiz bu mövzu ətrafında olur. Açıq şəkildə qeyd olunur ki, Rusiyanın təhdidləri və düşmənçiliyinə baxmayaraq, Paris İrəvanın yanındadır. Əgər belə bəyanatlar verilirsə, deməli, bu, İrəvanda müzakirə olunub. Ardınca Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu İrana gedir və deyir ki, (Tehranda) kommunikasiyalarla bağlı heç bir sual yoxdur.

Nikol Paşinyan da nəyisə təqdim etmək, bəlkə də hansısa məsələlərdə dəstək almaq üçün Gürcüstana gedir. Bütün baş verənlər bununla (Zəngəzur dəhlizi) bağlıdır, düşünürəm ki, tezliklə nə baş verdiyindən xəbərimiz olacaq”. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ