“Bakcell”dən abunəçilərə geniş seçim imkanı verən “Star” tarifi


İnnovasiya və sürət lideri “Bakcell” danışıq dəqiqləri, internet və digər imkanları özündə birləşdirən “Star" tarifini təqdim edir.

Turkustan.az xəbər verir ki, abunəçilər 9 fərqli kateqoriyada təklif olunan tarifi seçməklə əlavə internet bonusları da əldə edəcəklər.

"Star” tarifinə qoşulan abunəçilər ölkədaxili zənglər üçün dəqiqələr və internetlə yanaşı, “WhatsApp” və “Telegram” tətbiqlərində yazışmaları ödənişsiz həyata keçirəcəklər. Üstəlik, tarif paketi ardıcıl üç dəfə yeniləndikdən sonra hər növbəti yenilənmə zamanı abunəçilərə əlavə internet bonusları təqdim olunacaq.

Məsələn, "Star 6GB" tarifinə 550 danışıq dəqiqəsi, 6GB internet balansı və “WhatsApp” və “Telegram” tətbiqlərində ödənişsiz mətn yazışmaları daxildir. Bundan əlavə, tarif paketi ardıcıl üç dəfə yeniləndikdən sonra abunəçilərə hər yenilənmə zamanı əlavə “2GB” internet bonus olaraq təqdim olunacaq. “Star 6GB” tarifinə “*600#YES” kodunu yığmaqla asanlıqla keçmək olar. Tarif paketinin dəyəri 14,90 AZN-dir. Cari tarifdən “Star” tarifinə keçid tamamilə ödənişsizdir.

9 fərqli kateqoriyada təqdim olunan “Star” tarifi barədə ətraflı məlumatı “Bakcell”in saytından əldə etmək mümkündür.

Qeyd edək ki, “Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


MANŞET XƏBƏRLƏRİ