Blinkenin İlham Əliyevə zəng etməsinin səbəbi nədir? - Maraqlı DETALLAR


Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Blinkenin Prezident İlham Əliyevə zənginin əsas səbəbi nədir? Bu zəng nə önəm daşıyır?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Turkustan.az-ın suallarını cavablandırıb.

Ekspert:

Zeynal Əmrəliyev

Politoloq bildirib ki, “ABŞ-ın dövlət katibi Bilinken Azərbaycan prezidentinə telefon zəngində bir çox məsələlərin müzakirə olunduğu ehtimalı var.

Bunların da başlıcası şübhəsiz ki, Zəngəzur dəhlizi məsələsidir. Məlum olduğu kimi rəsmi Bakı uzun müddətdir ki, dəhlizin açılması ilə bağlı fəallıq göstərir və dəhlizin açılmasını istəyir. Bunun da bir çox səbəbləri var. Zəngəzur dəhlizi bölgədə iqtisadi əhəmiyyət baxımından çox sürətli inkişafa səbəb olacaq. Çünki əsas nəqliyyat marşrutlarından biridir. Bu dəhliz Asiya və Avropanı bir-birinə daşıyacağı ümumi Asiya əhəmiyyətli mühüm bir layihədir. Qərb dünyası, xüsusən də ABŞ uzun müddətdir ki, mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələr qurmaq istəyirdi. Cənubi Qafqazdakı gərgin geosiyasi vəziyyətə görə bu əlaqələr qurula bilmirdi.

Hazırda formalaşmaqda olan yeni mühit Qərbə imkan verəcək ki, mərkəzı Asiya ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirsin.

Həmçinin Hindistan bazarına giriş əldə edə bilsin. Yəni bu yol daha asan formada əmələ gələcək. Buna görə də ABŞ, həmçinin Avropa ölkələri öz iqtisadi maraqları baxımından bu yolun açılmasında maraqlıdırlar.

ABŞ heç bir halda bu yolda Rusiyanın təsiri olmasını istəmir. Mümkün qədər çalışır ki, həmin yol Rusiya və İranın təsirindən kənarda qalsın və o şəkildə inkişaf etsin”.

Politoloq əlavə olaraq bildirib ki, “ ABŞ-ın özünün iqtisadi əlaqələri var. Bu vasitələrlə Asiya ölkələri ilə iqtisadi əlaqələr quracaq.

Buna görə də Rusiya və İrandan asılı olmayan tamamilə müstəqil bir dəhlizin olmasını arzulayır.

Ancaq bütün bunlara qərar verəcək ölkə təbii ki, Azərbaycandır. Çünki dəhliz üstündə söz sahibi olan ölkə Azərbaycandır. Buna görə də ABŞ, Rusiya və digər ölkələr olsun, öz maraqlarını təmin etmək üçün Azərbaycan Prezidenti ilə zaman-zaman danışırlar.

Azərbaycanın maraqları nəyə cavab verəcəksə, dövlət başçısı da bu yöndə qərar verəcək. Məhz Azərbaycanın istədiyi formada açılacaq.

Bunun başqa yol yoxdur. Hansı ölkənin maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşür o ölkənin istəyi qəbul olunacaq.

Dəhlizin açılmasının yeganə yolu məhz Azərbaycanın maraqları kontekstdədir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ