Zorla Ukrayna müharibəsinə cəlb edilən azərbaycanlılar geri qaytarılacaqmı? – AÇIQLAMA


Azərbaycan Çeçenistanda saxlanılaraq və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.

Azərbaycan bunun üçün hansı tədbirləri almalıdır? Öz vətəndaşlarını ölkəyə qaytaracaqmı? Azərbaycanın Rusiyaya notası haqqında fikirləriniz nədir?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Turkustan.az-ın suallarını cavablandırıb.

Elxan Şahinoğlu - Bioqrafiya.com

Elxan Şahinoğlu

Politoloq bildirib ki, “keçmiş yazılarımda da, bu barədə həyəcan təbili çalırdım. Vurğulayardım ki, Rusiyada olan azərbaycanlılar gərək ehtiyatlı olsunlar. Bir qrupunu zorla Ukraynaya savaşa göndərə bilərlər.

Artıq bu hallar baş verir və bu yol verilməzdir. Rusiyada yaşayan azərbaycanlılar əgər bu müharibədə iştirak etmək istəmirlərsə, onları zorla müharibəyə göndərmək düzgün deyil.

Miqrasiya xidməti bəzi azərbaycanlıları müharibədə iştirak etmədiyinə görə geri göndərir. Bu Rusiyanın verəcəyi bir qərardır. Amma azərbaycanlıları zorla müharibəyə göndərmək yolverilməz bir haldır.

Azərbaycanlılar savaşmaq istəmirsə, onu vətəndaşlıqdan məhrum edə bilər. Ancaq zorla kontrakt imzaladıb ölümə göndərmək doğru deyil.

Ona görə hesab edirəm ki, məsələ ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfi ilə bu məsələni aydınlaşdırmalıdır.

Misal üçün: Rusiya ilə Hindistan arasında da belə bir hadisə baş vermişdi Hindistan baş naziri Mode Putinə birbaşa xahiş etmişdi ki, hind vətəndaşlarını zorla cəbhəyə göndərməsinlər.

Məlum olmuşdu ki, Hindistan vətəndaşlarını iş adı ilə Rusiyaya cəlb ediblər. Sonra əllərinə silah verib, müharibəyə göndəriblər. Bir neçəsi də bu müharibədə həlak olmuşdu. Daha sonra Mode hindlilərin bir hissəsini geri qaytara bilib. Biz də bu məsələni ciddi şəkildə Rusiya qarşısında qaldırmalı və azərbaycanlıların işğalçı müharibədə iştirakına yol verməməliyik.

Eltac Zülfüqaroğlu/Turkustan. az


MANŞET XƏBƏRLƏRİ