Münaqişə səhifəsini bağlamaq üçün tarixi imkan var- Paşinyan


Ermənistan və Azərbaycan sülh razılaşmasının mətninin 80 faizini razılaşdırıb.

Turkustan.az xəbər verir ki, bunu Tbilisidə Gürcüstanın hökumət başçısı İrakli Kobaxidze ilə mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, sərhədlərin delimitasiyası məsələsində də müəyyən irəliləyiş əldə olunduğunu qeyd edib.

Paşinyanın sözlərinə görə, region ölkələri arasında münasibətlər qarşılıqlı hörmət, ümumi maraqlar və hərtəfəli inkişafa yönələn iqtisadi əməkdaşlığa əsaslanmalıdır. (modern.az)


MANŞET XƏBƏRLƏRİ