Həbsdəki seperatçıların məhkəməsi necə keçiriləcək? – AÇIQLAMA


Baş prokuror Kamran Əliyev Azərbaycanda həbsxanada saxlanılan Qarabağ separatçılarının işi barədə danışıb. Onun sözlərinə görə, həmən şəxslərin istintaqı artıq yekunlaşıb və yaxın vaxtlarda materiallar məhkəməyə təqdim olunacaq.

Bu məhkəmə qapalı, yoxsa ictimaiyyətə açıq keçiriləcək? Medianın iştirakı nəzərdə tutulurmu?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, Azərbaycan Respublikasında mülki, cinayət məhkəmələri ictimaiyyətə açıq formada keçirilir:

“Qapalı məhkəmələr yalnız ailə, iqtisadi sirlər, dövlət əhəmiyyətli məsələlərin yayılma ehtimalı olduqda məhkəmədə iştirak edən şəxslərin ərizələri hesabına təmin olunur. Məhkəmələrin qapalı keçirilməsi ilə bağlı qərardad qəbul olunur.

Ramil Süleymanov

Separatçıların məhkəməsi ilə bağlı Azərbaycan dövləti və hüquq-mühafizə orqanları bilir ki, bu, ictimaiyyət üçün kifayət qədər maraqlı məlumatlardır. Dövlətin üst səviyyəsində həll olunacaq məsələdir. Dövlət ittihamını müdafiə edən prokurorluq tərəfindən məhkəmədə dövlət əhəmiyyətli sirrin açılması təxmin edilərsə, məhkəmənin qapalı keçirilməsi ilə bağlı əsaslandırılmış vəsatətini təqdim edir. Bu məsələdə də ictimaiyyəti maraqlandıran nüanslara görə məhkəmənin bir hissəsi açıq, daha sonra isə qapalı təşkil olunması mümkündür”.

Məhkəmədə medianın iştirakının təmin edilib-edilməyəcəyi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu göndərmişik.


MANŞET XƏBƏRLƏRİ