2026-cı ildə Bakı bizdən bunları istəyəcək – Matevosyan


“Gözümüzün önündə Nikol Paşinyanla Türkiyə, Azərbaycan və Qərb arasında növbəti siyasi sövdələşmə olur”.

Turkustan.az xəbər verir ki, bunu erməni ekspert Benyamin Matevosyan deyib.

O, Azərbaycanın tələbi ilə keçirilməsi planlaşdırılan Ermənistandakı konstitusiya dəyişikliyini Paşinyanın niyə 2027-ci ilə qədər saxlamaq istədiyinə aydınlıq gətirib:

“Bu, böyük razılığa görədir. Paşinyan gözləyir ki, Ankara, Bakı, London və Vaşinqton onun 2026-cı ildə yenidən seçilməsini təmin etsinlər. Bundan sonra Paşinyan öz geosiyasi tərəfdaşlarının tələblərini icra edəcək. Bunlardan bir qismi barəsində Elçin Əmirbəyov müsahibəsində deyib. Bunlar Zəngəzur dəhlizinin verilməsi, Minsk qrupunun ləğvi üçün ATƏT-ə birgə müraciətdir.

Digər tərəfdaşların isə öz tələbləri var. Bunların sırasında Metsamor AES-in bağlanması, 102-ci bazanın Ermənistandan çıxarılması, Rusiya enerji daşıyıcılarından imtina, azərbaycanlıların Ermənistanda məskunlaşmasına icazə və s. aiddir”.

Matevosyan Azərbaycanın bu razılaşmada maraqlı olmasına baxmayaraq, hələ də Paşinyana güvənmədiyini bildirib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ