Xuraman Muradova: “İnsan hiss edəndə ki, yazdıqları könüllərdə işıq yandırıb, qəlblərdə rəğbət, sevgi qazanıb, onda ruhun göylərə qanadlanır, yazıb-yaratmaq eşqiylə yaşayırsan!”


"Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək" - deyərək "Peyğəmbər" əsərində qadını "bəşəriyyətin xilaskarı" adlandırırdı Hüseyn Cavid.

Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən Uca qadın olasan...

İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur - insanlıq, fədakarlıq, zəhmətsevərlik, saflıq, səmimilik, şərəf və ləyaqət nümunəsi... Xuraman xanım İsmayıl qızı Muradova məhz o insanlardandır...

Təkcə Azərbaycanımızın çiçəklənməsi yolunda deyil, bütün Türk dünyası miqyasında gördüyü bir-birindən gözəl işlərlə, atdığı bütün addımlarıyla ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin başladığı yola sədaqətini və mənəvi varisliyini zəhmətiylə ərsəyə gətirdiyi işlərlə sərgiləyən, ilk gənclik illərindən başlayaraq cəmiyyətimizin ictimai həyatında əlindən gələni böyük ürəklə, milli təəssübkeşlik hissi və yüksək zəhmətsevərliklə həyata keçirməsi Xuraman xanımın fədakar xarakterindən, mərdanəliyindən, yorulmaz əməyindən, zəhmətkeşliyindən, ləyaqətli vətəndaşlığından və ən əsası yüksək İnsanlığından xəbər verir.

Bu gün alnının təri, istirahətsiz ömrünün bəhrəsi və xəmiri halallıqdan yoğrulmuş əllərinin yorulmaz əməyiylə addım-addım ucalan Xuraman xanımın şərəfli ömrünün müdriklik zirvəsindən yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün nə qədər dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, sadəlik, səmimilik, təvazökarlıq, ailəcanlılıq, gözəl əxlaq, böyüyə hörmət, uşağa məhəbbət, dosta sədaqət, ziyalılıq və ən əsası İNSANLIQ nümunəsi…

Mustafa Kamal Atatürkün dilimin əzbəri olan gözəl bir sözü var: “Yer üzərində gördüyümüz bütün gözəlliklər Qadınların əsəridir.” Bəzən o qadınlar zəkası, zəhmətsevərliyi, biliyi, bacarığı ilə elə gözəl nəqş edirlər ki, bu dünyanı… Allah özü də xəlq etdiyi zər kimi insanların zərgər əməyinə heyran qalır…

Bəli, böyük Atatürkün söylədiyi kimi, Allah öz fitrətindən yaradıcı güc bəxş edib qadını yaradanda… Öz İşığı, zəngin dünyagörüşü, dərin biliyi, ağlı, zəkası, peşəsinə sədaqəti, insanlığı, xanımlığı, alicənablığı, kübarlığı, yüksək natiqlik qabiliyyəti, zəhmətkeş əlləri və işində son dərəcə peşəkarlığı ilə çalışdığı bütün kollektivlərdə böyük sevgi və inam qazanan, cəmiyyətimizdə yandırdığı İşıqla bütün Türk dünyasında Azərbaycan qadını adına həmişə bir ucalıq bəxş edib Xuraman xanım Muradova…

Adı da əməlləri kimi, gözəl çöhrəsi kimi işıq saçan, mələk qəlbli Xuraman xanımın əmək fəaliyyətini yaxından izlədikcə bu nur simalı xanımın ictimai həyatın və cəmiyyətimizin sosial-mədəni sferası üçün nəzərdə tutulan saysız-hesabsız layihələrin gerçəkləşməsi istiqamətində böyük ürəyini, fədakarlığını müşahidə etdikcə Azərbaycan qadınının bunca zəhmətsevərliyinə heyranlıqla həmişə qürur hissi keçirmişəm.

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır. Amma gənclik illərindən zəhmətə qatlaşmağı bacarmaq, kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Xuraman xanım Muradova məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqı – milləti, məmləkəti üçün gözəl işlər görməkdən yorulmayan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin rifahına həsr edən böyük ürəkli vətəndaş ziyalıdır Xuraman xanım…

*****

Bu günlərdə dəyərli xanım ziyalımız, Türk dünyasının sevilən şairəsi, Türk dünyası Elmlər Akademiyasının fəxri professoru, Özbəkistan Beynəlxalq Ədəbiyyat, Sənət və İctimai Fənlər Akademiyasının fəxri akademiki, "Əlişir Nəvai" adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, "Humay" milli mükafatı laureatı, "Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, iş insanı, sahibkar, “VİP Milan Hospital”ın təsisçi direktoru

Xuraman xanım Muradova Ednews TV-nin “Vətəndaş Mövqeyi” proqramının - dəyərli xanım ziyalımız Gülşən xanım Behbudun qonağı oldu.

Gördükləri gözəl işlərlə Azərbaycana, Türk dünyasına böyük xidmətlərdə bulunan iki gözəl ziyalı xanım veriliş boyunca müxtəlif mövzulara - xüsusilə "Çağdaş cəmiyyətimizdə qadın" mövzusuna toxundular.

Proqramda Xuraman xanımı "Turan qızı" adlandıran dəyərli Gülşən xanımın bir-birindən maraqlı suallarına Xuraman xanımın verdiyi dolğun və səmimi cavablar oxucuların və izləyicilərin rəğbət və məhəbbətinə səbəb olub.

Xuraman Xanım Muradovanın Özbəkistanda və Türkiyədə keçirilən kitab təqdimatları ilə bağlı fikirlərini dəyərli oxucularımıza təqdim edirik:

Yaradıcı insanlara yazmaq- yaratmaq eşqi bəxş edən oxucu məhəbbətidir. İnsan hiss edəndə ki, yazdıqları könüllərdə işıq yandırıb, qəlblərdə rəğbət, sevgi qazanıb, onda ruhun göylərə qanadlanır, yazmaq - yaşamaq eşqin Səni bir ömür qələmə-kağıza sirdaş eyləyir.

Yaradıcılığına verilən qiyməti, dəyəri görmək insana mənəvi stimul verir.

Öz vətənimdə, ana yurdumda - doğma Azərbaycanımda sevildiyim kimi bu sevgini qardaş Özbəkistanda, qardaş Türkiyəmizdə görmək, bu sevgiylə qarşılanmaq məni ikiqat xoşbəxt etdi.

May ayında Özbəkistanda görüşlərimiz oldu.

Qardaş Özbəkistana səfərimin ilk günü- özbək türkcəsində işıq üzü görən kitabımın təqdimat mərasimi unudulmaz xoş anılarla yaddaşıma yazıldı. Özbəkistan Respublikasının Beynəlxalq Ədəbiyyat, Mədəniyyət və Sosial Elmlər Akademiyasının Fəxri Akademiki adına layiq görüldüm.

Mənim üçün böyük fəxr oldu ki, Türk dünyasının ehtişamlı elm ocaqlarından sayılan Akademiyada fəxri akademiki adına layiq görüldüm. Eyni zamanda Daşkənf Dövlət Universitetinin fəxri professoru olmağım mənə ikiqat qürurlu anlar yaşatdı. Bundan daha öncə Azərbaycanda, Türkiyə Elmlər Akademiyasında fəxri adlara layiq görülmüşdüm. Amma doğma Özbəkistanımda, şəninlə şeirlər həsr etdiyim Turan elində bu mükafata layiq görülmək olduqca böyük qürur, böyük fəxarət oldu.

Yaradıcılığıma böyük dəyər verdikləri üçün, göstərdikləri böyük diqqət, qayğı və ehtiram üçün bu gün elə bu efir vasitəsilə də Azərbaycanımızın qardaş ölkəmizdə böyük elçisi Hüseyn müəllim Quliyev başda olmaqla, Özbəkistanda Ulu Öndər Heydər Əliyevin adını qoruyub-yaşadan Mədəniyyət Mərkəzinin əməkdaşlarına, bu möhtəşəm görüşün keçirilməsində zəhməti keçən bütün gözəl insanlara, Əlişir Nəvai adına Özbəkistan Dövlət Univeristetinin bütün kollektivinə, kitabımın özbək türkcəsində oxuyan bütün əziz insanlara xüsusi təşəkkürlərimi bildirirəm və ürəkdən çox sağ olun deyirəm.

Ötən həftə isə qardaş Türkiyəmizdə doğma İstanbulda

"Ay Laçın, Can Laçın" kitabımın İstanbulda Türk Ədəbiyyatı Vakfında möhtəşəm təqdimatı keçirildi.

Tədbirdə Türk Ədəbiyyatı Vakfının başkanı, Türk dünyasının tanınmış şairi Serhat Kabaklı, Türkiyənin nüfuzlu ziyalılarından olan professor Ramazan Korkmaz, Türk Ədəbiyyatı dərgisinin baş redaktoru İmdat Avşar, Azərbaycanımızın dəyərli ziyalısı, Milli Məclisin deputatı Vüqar İsgəndərov, Azərbaycanın tanınmış iş insanı Mahirə xanım Əsədova və Türkiyədə yaşayan çoxsaylı oxucular, pərəstişkarlar iştirak edirdilər.

Türk Ədəbiyyatı Vakfının başqanı Sərhat Kabaklı, Professor Ramazan Kokmaz Türk ədəbiyyatı vakfının Beratını, mükafatlarını təqdim etdilər. Bu mənim üçün böyük qürud oldu.

Allah Türk dünyamızı, müsəlman aləmimizi, qardaş xalqlarımızı, birliyimizi, bütövlüyümüzü qorusun! Allah Türk dünyamızı qorusun! Amin inşallah!

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Gülşən Behbdu


MANŞET XƏBƏRLƏRİ