Pezeşkian İsrailə hücuma qarşı çıxdı: Ölkə tənəzzül edə bilər


İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Əli Xameneidən gərginliyi arzuolunmaz müharibəyə çevirməmək üçün İranın İsrailə hər hansı birbaşa hücumunun qarşısını almağı xahiş edib.

APA xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.

Pezeşkian bildirib ki, bu potensial münaqişə onun prezidentliyini ciddi təhlükə altına sala bilər.

Pezeşkian, həmçinin, vurğulayıb ki, İsrailin İranın milli infrastrukturuna və enerji resurslarına qarşı sərt cavab hücumu təşkil etmək qərarı İran iqtisadiyyatını çökdürə və potensial olaraq ölkənin tənəzzülünə səbəb ola bilər.

Xamenei Pezeşkianın narahatlığını nə dəstəkləyib, nə də ona qarşı çıxıb.


MANŞET XƏBƏRLƏRİ