Paşinyanın Bakı ilə bağlı planı: Nəzərdə tutduğu adam noyabrda…


Ermənistan Baş naziri Nikol Paşinyanın COP29-a qatılmaq üçün Bakıya gəlməsi ilə bağlı versiyalar erməni mediasında müzakirələrə səbəb olub. Rəsmi səviyyədə hər hansı bir açıqlama olmasa da Paşinyanın bu məsələdən istifadə etdiyi aydın şəkildə görünür.

Bəzi ekspertlər onun səlahiyyətli nümayəndəsini Bakıya göndərəcəyini deyir. Lakin son günlər şərti dövlət sərhədində baş verən insidentlər bu səfəri imkansız edir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Paşinyanın elə cəsarətli deyil ki, Bakıya gəlsin və COP29-da iştirak etsin.

“Aydın məsələdir ki, Bakıya gəlsə, ona heç nə edilməyəcək. Yəni digər qonaqlara necə rəftar olunacaqsa, ona da eyni cür rəftar olunacaq. O belə bir səfərə çətin ki, cəsarət etsin. Bu baş tutsa əlbəttə tarixi bir səfər olar və münaqişənin taleyi dəyişər. Amma bu baş tutmayacaq.

Paşinyan özü olmasa da XİN başçısı Ararat Mirzoyanı göndərə bilər. Əslində bu istiqamətdə bir müddətdir Paşinyan komandası arasında ciddi müzakirələr gedir. Səfəri əhəmiyyətli hesab edənlər də var, doğru hesab etməyənlər də.

Hər şey o zamankı mövcud siyasi vəziyyətdən asılı olacaq. Paşinyanın avqustda mətbuat konfransı keçirəcəyi və COP29 üçün Bakıya gedib-getməməsi məsələsinə toxunacağı haqda versiyalar var.

Bütün hallarda Paşinyan ya da hər hansı bir erməni nümayəndə COP29-da iştirak etməsə Bakı heç nə itirməyəcək. Amma sülh baxımından bu səfər müsbət ola bilər”.


MANŞET XƏBƏRLƏRİ