Makaronun içindən siçan balaları çıxdı - VİDEO


Mağazaların birindən alınan makaronun içindən diri siçan balaları çıxıb.

Turkustan.az-ın Baku.vs-yə istinadən məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Diri siçan balalarının makaron qablaşdırılmasının içinə necə düşdüyü isə məlum deyil.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Mətbuat Xidmətindən bildirilib ki, məsələ agentlik tərəfindən nəzarətə götürülüb:

"Sosial şəbəkədə yayılan bu görüntü ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək".


MANŞET XƏBƏRLƏRİ