Tovuzda kəşfiyyat uçuşları – Prosesin arxasındakı ölkə bilindi


ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı məlumata görə, Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasının vaxtı çatıb. Erməni ordusunun Azərbaycanla sərhəddə təxribatlara başladığı dövrdə verilən bu bəyanat diqqət çəkir.

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ və Rusiya tez-tez belə çağırışlar edirlər:

“Çağırış edən tərəf oyunda olduğunu, gücünü xatırladır. Rusiya və ABŞ digər regionlarda olduğu kimi, Cənubi Qafqazda da mövqe savaşı aparırlar.

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyünü təmin edənə qədər hər iki tərəf regiondakı münaqişə ocaqları vasitəsilə öz təsir güclərini qoruyurdular. 44 günlük Vətən müharibəsindən sonra vəziyyət dəyişdi. Hazırda sülh məsələsi gündəmdədir və yenə də Rusiya-ABŞ bölgədə maraqlarını qorumağa çalışırlar. Rusiya ABŞ-ı, ABŞ da Rusiyanı zəiflətmək istəyir. Region ölkəsi Rusiyaya sülh sərf edir, rəsmi Vaşinqtonun isə maraqlarına ziddir”.

Kənan Novruzov

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında təmaslar ikitərəfli qaydada baş tutur:

“Təcrübə göstərir ki, ABŞ proseslərin nə qədər çox içində olursa, Ermənistanı dəstəkləyirsə, bu, əks-effekt verir. Məsələn, iyulun 25-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterin Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərməsi də ABŞ-Ermənistan hərbi təlimləri dövrünə təsadüf edir”.


MANŞET XƏBƏRLƏRİ