Cəzaçəkmə müəssisəsində məhkum qadınlarla görüş təşkil edilib - FOTOLAR


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Sahibkar Qadınların Milli İnkişaf Strategiyasının hazırlanması” adlı layihə çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidməti 4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınların problemlərinin həllinə, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına, sahibkarlıq və məşğulluq imkanlarının artırılmasına, yenidən cəmiyyətə sağlam qüvvə kimi qayıtmasına yönəldilmiş tədbir həyata keçirib.

QHT.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşları, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri Zülfiyyə Nuriyeva, Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədri Rəvan Cəfərli iştirak edib

Cəza çəkən qadınların azadlığa hazırlanması, habelə azad olunduqdan sonra onların qısa müddət ərzində işlə təmin olunmalarında köməklik məqsədilə məhkumların istəklərini və peşə imkanlarını nəzərə alaraq məhkumluq müddətini bitirməyə 3 ay qalmış məhkum qadınlarla SİVKTİD İB tərəfindən müxtəlif sahələr üzrə sahibkarlıqla məşğul olan qadınlar arasında gələcək fəaliyyətin qurulması nəzərdə tutulmuşdur.

Daha sonra azadlığa buraxılacaq məhkumlar dinlənilib, bacarıq və peşələri barəsində ətraflı məlumat verilib. Tədbirin sonunda məhkumluq müddətini bitirməyə 3 ay qalmış məhkum qadınlarlardan ibarət "Qadın İcması" yaradılması qərara alınıb. Həmçinin layihə çərçivəsində hazırlanan "Sahibkar Qadın Portreti" kitabı məhkum qadınlara hədiyyə edilib.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ