Kəlbəcər rayonundan YAP-ın namizədi kimdir - MƏLUMAT


Bu gün Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb.

YAP 123 saylı Kəlbəcər seçki dairəsindən Aidə Ələsgər qızı Əhmədovanın namizədliyini irəli sürüb.

Turkustan.az xəbər verir ki, Aidə Əhmədova 1959-cu ildə Kəlbəcər rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsini bitirib. Uzun illərdir pedaqoji fəaliyyətlə məşğuldur. Qabaqcıl pedaqoji və ictimai-siyasi fəaliyyətinə görə müxtəlif mükafatlara, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli fərmanı ilə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib.

Kəlbəcər rayon 56 saylı orta məktəbin direktorudur.


MANŞET XƏBƏRLƏRİ