SON XƏBƏR: Ərdoğan Məsud Pezeşkianla nə danışdı? - İLK ZƏNG


Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla telefon danışığı olub.

Turkustan.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Ərdoğan Türkiyə-İran əlaqələrinin bundan sonra da hər sahədə inkişaf edəcəyinə inamını ifadə edib.

Türkiyə lideri Məsud Pezeşkianı seçkilərdə qələbə münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.


MANŞET XƏBƏRLƏRİ