Qarabağ müharibəsi iştirakçılarına ödənişsiz hüquqi yardım xidməti göstərilir


“Demokratiyanı Öyrənmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağ müharibəsi iştirakçılarının hüquqi müdafiəsinin yaxşılaşdırılması” layihəsi çərçivəsində müharibə iştirakçılarına ödənişsiz hüquqi yardım xidməti göstərir.

Hüquqi yardım xidmətindən Ağsu, Biləsuvar, Kürdəmir, Ucar və Göyçay rayonlarından olan müharibə iştirakçıları faydalana bilərlər.

Aşağıdakı xidmətlər tam ödənişsiz həyata keçirilir.
- hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışların verilməsi;
- məhkəmələrə iddia ərizələrinin verilməsi;
- ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi;
- dövlət qurumlarına sorğu və müraciətlərin göndərilməsi;
- digər növ hüquqi yardım xidmətlərinin göstərilməsi.

Hüquqi yardım xidməti üçün əlaqə saxlaya və müraciətlərinizi ünvanlaya bilərsiniz:
E-mail:
[email protected]
Telefon və Whatsapp nömrələri: +994 51 429 71 24


MANŞET XƏBƏRLƏRİ