Şuşada TDT liderlərinin qeyri-rəsmi Zirvə görüşü başladı


Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başlayıb.

Turkustan.az report-a istinadla xəbər verir ki, toplantıda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Prezident İlham Əliyev tədbirdə iştirak edən TDT-nin dövlət və hökumət başçılarını qarşılayıb.

Azərbaycan liderinin təşəbbüsü ilə təşkil olunan sammitdə TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş Naziri Viktor Orban iştirak edirlər.


MANŞET XƏBƏRLƏRİ