Tarix bəlli oldu - Azərbaycana qarşı ərazi iddiası konstitusiyadan çıxarılır


Ermənistan Baş naziri Nikol Paşinyan yeni konstitusiyanın mətninin hazırlanması ilə bağlı göstəriş verib.

Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Bir neçə gün əvvəl hökumət başçısı yeni konstitusiya layihəsinin işlənib hazırlanması və 2026-cı il dekabrın 30-dək təsdiq edilməsi barədə göstəriş verib. Paşinyan 2022-ci il qərarında dəyişiklik edərək, layihənin 2026-cı ilə qədər təqdim edilməli olduğunu bildirib, üstəlik, Konstitusiya İslahatları Şurasına yeni mətni yazmaq səlahiyyəti verib. Əvvəlki qərarda “Konstitusiya dəyişiklikləri” sözü “Yeni konstitusiya” ifadəsi ilə əvəzlənib. Dəyişiklik mayın 25-də edilib”, - məlumatda deyilir.

Erməni nəşri yazır ki, yeni konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad olmayacaq. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ