Hökumət qiymət artımının buna görə getdi – İqtisadçı açıqladı


Bu gündən etibarən ölkədə bir sıra sahələrdə qiymət dəyişiklikləri olub. Belə ki, Aİ-95 markalı benzinin qiyməti ucuzlaşıb. Aİ-92 markalı benzinin, dizelin, habelə metro və abtobuslarda, eləcə də digər sərnişin daşımalarda qiymətlər artırılıb.

Bəzi ekspertlər deyirdi ki, qarşıdan seçki gəlir. Hökumət bu amilə görə indi qiymət artımına getməz. Amma proqnozlar özünü doğrultmadı

Bəs bu, hansı zərurətdən yarandı?

MövzunuGlobalinfo.az -a şərh edən iqtisadçı Natiq Cəfərlinin fikrincə, seçkiöncəsi belə bir qərarın verilməsi doğru deyil.

İqtisadçı bunu büdcə gəlirlərinin azalması ilə əlaqələndirib:

“Çox güman ki, bu, büdcə gəlirləri ilə bağlı ciddi problemlərin olması, hətta seçkilərin sonunu gözləmədən bu qərarın verilməsinə səbəb olub. Yəni büdcə gəlirlərimiz kifayət qədər sürətlə azalır, amma xərclərimiz getdikcə daha çox artır. Bunun zərurətdən yarandığını düşünürəm”.


MANŞET XƏBƏRLƏRİ