Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı TƏSDİQLƏNDİ


Növbədənkənar Parlament seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edilib.

Turkustan.az xəbər verir ki, müvafiq qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul edilib.

Komissiya katibi Arifə Muxtarovanın təqdimatına əsasən, namizədlərin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi, seçkilərin yekunlaşması və nəticələrin elan edilməsi prosesinin vaxtı açıqlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib. (bizim.media)


MANŞET XƏBƏRLƏRİ