Ali Məhkəmənin Aparat rəhbəri təyin olunan Cavid Hüseynov kimdir? – DOSYE


Xəbər verdiyimiz kimi, Cavid Hüseynov Ali Məhkəmənin Aparatına rəhbər təyin edilib.

Turkustan.az Cavid Hüseynovun dosyesini təqdim edib:

C.Hüseynov uzun illər məhkəmə-hüquq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

O, 2005-2023-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri, 2023-2024-cü illərdə ədliyyə nazirinin müşaviri olub.

2024-cü ildən isə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri vəzifəsində çalışırdı.

C.Hüseynov fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni, 2-cidərəcə dövlət müşaviri, "Ədliyyə sahəsində fərqlənməyə görə” medalı, “Azərbaycan Ədliyyəsinin 100 illiyi” və "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi” yubiley medalları ilə təltif edilib. (bizim.media)

xxx

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatına yeni rəhbər təyin edilib.
Bu vəzifə Cavid Hüseynova həvalə olunub.

C. Hüseynov uzun illər məhkəmə-hüquq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.


MANŞET XƏBƏRLƏRİ