“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xankəndində quruculuq və bərpa”- mövzusunda növbəti layihəni uğurla icra edir.
QHT.az xəbər verir ki, bu barədə məlumatı “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva bildirib. Onun sözlərinə görə, Mingəçevir şəhərində və ətraf qəsəbələrdə məskunlaşan keçmiş məcburi köçkünlərlə "Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın səmərəli icrasının təmin edilməsi məqsədilə silsilə zəruri görüşlər keçirilir.
Qeyd edək ki, bu görüşlər, məcburi köçkünlərin inteqrasiyasını təmin etmək üçün strateji planlar müzakirə edir. Bu tədbirlər işğaldan azad olunmuş regionların sosial-iqtisadi sahədə yenidən qurulmağını, iş imkanlarını və yaşamağa dair digər imkanlarını araşdırmaq və inkişaf etdirmək üçün təşkil olunub.