İsrailin "Dəmir Qübbə"si nəyə qadirdir? - Azərbaycan da bu silahı istəyir (VİDEO)


Məlum olduğu kimi, İran bu günlərdə çoxsaylı pilotsuz uçuş aparatları (PUA) və raketlərlə İsrailə hücum etsə də, buradakı strateji obyektlərə ciddi zərər verə bilmədi. İsrailin İrandan atılan raket və PUA-ların 99 faizini vurmasının arxasındakı uğur isə - “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi (HHM) idi.

Turkustan.az xəbər verir ki, hər kəsdə böyük maraq doğuran bu HHM sistemi İsrailin müdafiə sənayesində ön sıralarda olan silahlardandır. Bu sistem ABŞ ilə birgə istehsal edilib. İsrail bu sistemləri ixrac edərkən ilk növbədə ABŞ-dən icazə alır.

“Rafael Advanced Defense Systems” tərəfindən 2007-ci ildə istehsalı olunmağa başlayan “Dəmir Qübbə”nin ilk sınaqları 2008-ci ilin iyulunda, sonuncu sınaqları isə 2010-cu ilin iyulunda həyata keçirilib. Sistem 2011-ci ilin martında təhvil verilib və 2011-ci ilin 7 aprel tarixindən fəaliyyətə başlayıb.

Dəmir Qübbə hava hücumundan müdafiə sistemi 4-70 kilometr məhdud məsafədə raket, raket və İHA kimi hava hücumlarına qarşı qoruyucu mexanizmi ilə tanınır. Bu, hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir. İsrail gələcəkdə bu sistemlərin maksimum atəş məsafəsini 70 kilometrdən 250 kilometrə qədər artırmağı planlaşdırır.

Dəmir Qübbə üç əsas komponentdən ibarətdir:

- Aşkarlama və təqib radarı;

- Döyüş idarəetmə və komanda məntəqəsi;

- Raket atəş vahidi;

“Dəmir Qübbə” sisteminin ümumi dəyəri 50 milyon dollar, bir raketi isə 50 min dollardır. Hazırda “Dəmir Qübbə” ilə silahlanan cəmi iki ölkə (İsrail və ABŞ) var.

Qeyd edək ki, Azərbaycan və Rumıniya kimi ölkələrlə satış danışıqları aparılıb, NATO və Cənubi Koreya da bu müdafiə sistemini almaq istədiklərini açıqlayıb. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ