Paşinyanın sözü gündəmə bomba kimi düşdü - “İşğalçı Ermənistan...”


Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdə çıxışı zamanı ölkəsinin işğalçı olduğunu etiraf edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr bildirir ki, Paşinyan Ermənistanın işğalçı olduğunu bundan xeyli əvvəl Qarabağ, 4 kənd və 4 eksklavı Azərbaycan ərazisi kimi tanıyanda bəyan edib. “Hraparak” hesab edir ki, 10 aprel çıxışı Ermənistanın işğalçı statusunun rəsmiləşdirilməsi hadisəsi idi. Paşinyan çıxışında kəndlərin Azərbaycana məxsus olduğunu və qaytarılmasına qarşı olmadığını bəyan edib.

Ermənistan baş nazirinin iki gündür ölkəsində müzakirə mövzusuna çevrilən açıqlaması belədir:

“Avropa Birliyi (AB) və ABŞ siyasətimizi təcavüzkar hesab etsə, heç vaxt Ermənistana iqtisadi-siyasi dəstək verməyə razı olmaz. Aprelin 5-də Brüsseldə keçirilən görüşün siyasi konteksti belədir”.

Erməni mənbələrinin fikrincə, kəndlərin qaytarılması ABŞ və AB-dən Ermənistana vəd olunan maddi dəstəyə daxildir. Həmin iddiaya görə, Brüssel və Vaşinqton Ermənistanı öz yanlarında problemsiz və münaqişəsiz görmək istəyir. Bunun yolu da Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanınmasının rəsmiləşdirildiyi sülh müqaviləsinin imzalanmasından keçir.

Paşinyan hökumətinin müxaliflərinin iddialarının əksinə olaraq, AB və ABŞ-dən Ermənistana vəd olunan hərbi dəstək hələlik sülhə zəmin yaratmır. Üstəgəl, İrəvan bu dəstək fonunda kəndlər məsələsini də çıxmaza sürükləyir. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ