“Ermənistan baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl Voskepar (Əskipara – red.) kəndində sakinlərlə görüşməsi və buradakı 4 kəndin geri qaytarılması ilə bağlı məsələni müzakirə etməsi təsadüfi deyil”.
Turkustan.az xəbər verir ki, bunu tarixçi-araşdırmaçı Tural Həmid qeyd edib.
O bildirib ki, Voskepar erməni millətçilərinin ən güclü dayağı olan kənddir:
“O vaxt ətraf kəndlərə (Yuxarı Əskipara və Aşağı Əskipara) hücuma görə Sovet ordusu burada hərbi əməliyyat keçirmişdi”, – T.Həmid xatırladıb.
1991-ci ilin mayında keçirilmiş həmin əməliyyatdan fotonu təqdim edirik:
/globalinfo.az/