"Ürək-ürəyə" - Türkiyə vətəndaş cəmiyyəti təmsilçiləri Liv Bona Dea xəstəxanasında xeyriyyə tədbiri keçirib


Fevralın 24-də Türkiyə vətəndaş cəmiyyəti institutlarının seçilən isimlərindən Monik İpəkəlin rəhbərlik etdiyi heyətin Liv Bona Dea xəstəxanasında xeyriyyə tədbiri keçirilib.

Azərbaycandakı şəhid və qazi ailələrindən olan uşaqlarla yanaşı, autizm və daun sindromlu uşaqlar üçün keçirilən xeyriyyə tədbirinə Türkiyənin iş dünyasının bir çox sayılan şəxsi qatılıb. Mərasimin fəxri qonaqları isə şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, şəhid polkovnik İlqar Mirzəyevin anası Gülnarə Mirzəyeva olub.

Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Xocalı faciəsinin 32-ci ildönümü ərəfəsində keçirilən belə xeyriyyə tədbirlərini iki ölkənin qardaşlıqlı münasibətlərinə müsbət təsirindən danışıb.

MHP Samsun millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal isə həm qardaş, həm də strateji tərəfdaş olan iki ölkənin yaxınlaşmasına dəstək olan xeyriyyəçi xanımlara təşəkkür edib.

Xeyriyyə tədbirinin sponsorlarından Ebru Kain mediaya açıqlamasında vətəndaş cəmiyyətləri arasında yaxınlaşmanın önəmindən danışıb: “Türkiyə və Azərbaycan arasında münasibətlərin bənzəri yoxdur. Bu münasibətlərin dərinləşməsi təkcə iki ölkə üçün deyil, Türk Dövlətlər Birliyində təmsil olunan bütün ölkələr üçün ciddi önəm daşımaqdadır. Həm vətəndaş cəmiyyətini, həm də iş dünyasını təmsil etdiyimiz bu səfərimizdə də əsas məqsədimiz Qarabağ zəfərindən sonra imzalanan Şuşa Bəyannaməsinin bütün müddəalarının yerinə yetirilməsinə töhfə verməkdir. Bir millətin mənsubları olaraq türk coğrafiyasını gəlişdirməyi hər birimiz vəzifə kimi qəbul etməliyik. Çünki dövlətlərin, hökumətlərin münasibətlərinin təməlində xalqın birlik və bərabərlik təşəbbüsləri dayanmasa strateji hədəflərimizə çatmağımız çətinləşə bilər. Biz Azərbaycanda şəhid, qazi ailələrində böyüyən, onlarla bərabər autizmli, daun sindromlu uşaqları Türkiyədə böyüyən övladlarımızdan ayırmırıq. Onların hər biri bizimdir və əlimizdən gəldiyi qədər onları dəstəkləməyi özümüzə borc bilirik. Türkiyə toplumu bir dayanışma toplumudur. Yardımlaşma türkün yaşam fəlsəfəsində mövcuddur. Bu mənada sosial projelərin toplumu bir-birinə daha da yaxınlaşdırdığına inanırıq. Azərbaycanda gördüyümüz işlərin bizim yalnız sözdə deyil, işdə də birlik olduğumuzu göstərən simgələrdən birinə çevrilməsini arzu edirik”.

Sonda Azərbaycanda gördüyü xeyriyyə işlərinə görə Ebru Kainə təşəkkür mükafatı verilib. Mükafatı sahibinə Türkiyənin Azərbaycan böyükeçisi Cahit Bağçı təqdim edib.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ