Bildyiniz kimi Azərbaycan XİN bəyanat verdi ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlər səmərəsiz, əsassız və qəbuledilməzdir.
Gözlənilən 20 noyabr XİN rəhbərlərinin görüşündən imtina olunması həmçinin, iki ölkə arasında münasibətlər gəriginləşərsə, bu bizə nə vəd edir?
Mövzu haqqında siyasi şərhçilər Turkustan.az-ın sulaını cavablandırıblar.
Siyasi şərhçi Əziz Əlibəyli fikrincə, “Ceyms O’Braynın bildirib ki, biz Ermənistanı silahlandıraq, Azərbaycan isə səsini çıxartmasın. Güya bunu Rusiyaya görə edirlər. Rusiyanı hərbi güc kimi meydandan çıxartsın”.
“ O’Braynın deyir ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsi imzalasın. Əgər imzalamırsa sanksiyalar, yüksək vəzifəli şəxslərin səfərləri, Azərbaycana silah satışı kimi məslələrə də embarqo qoyulacaq. Əllbəttə bu Azərbaycan tərəfindən qəbul edilməz haldır. Azərbaycan da, onun müqabiləndə bəyan etdi ki, bizim suverliyimizi şübhə altına alan istənilən açıqlamaları, bizə qarşı olan qərəzli mövqeləri qəbul etmirik. Bu platformlar bizə görə qəbuledilməzdir”.
Eskpert Elxan Şahinoğlu isə bildirib ki, “ABŞ Dövlət Departamenti ermənipərəst koqnresmenlərin yedəyində süründüyünə görə Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu itirmək üzrədir. Xarici işlər naziri Ceyhun Bayramov noyabrın 20-də Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdən imtina edib. Bu o deməkdir ki, rəsmi Bakı Vaşinqtonun vasitəçiliyindən imtina edə bilər.
Amerikalı rəsmilər və diplomatlar Cənubi Qafqazla bağlı Konqresin komitələrinin dinləmələrində çıxış edərkən adətən Azərbaycanın siyasətini tənqid edirlər. Çünki Konqresdə dinləmələri təşkil edənlər erməni lobbisinə yaxın konqresmenlərdir. Onlar isə dinləmələrdə Azərbaycan haqqında yalnız tənqidi fikirlər dinləmək istəyirlər. Bu baxımdan Dövlət Departamentinin rəsmiləri problemlə üzləşməmək üçün konqresmenlərin istəklərinə zidd fikirlər söyləmirlər. ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O,Brayn Konqresdəki çıxışında amerikalı diplomatların Bakıya səfərlərinin təxirə salındığını desə də, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono noyabrın 8-də Bakıda olub. O il ərzində bir neçə dəfə Bakıda olub, prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr aparıb.
Vaşinqtonun məqsədi Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır. Buna baxmayaraq, Brüssel kimi Vaşinqton da “Azərbaycan Ermənistana təhlükə yaradır” bəhanəsiylə Ermənistana dəstəyi artırmağı qərar verib. Halbuki Brüsselin və Vaşinqtonun məqsədi Ermənistanın Kollektiv Təhülksəzlik Müqaviləsi Təşkilatından çıxmasını və Rusiyanın hərbi bazasından imtinasını təmin etməkdir. Brüssel və Vaşinqton Cənubi Qafqaz siyasətini “Azərbaycan təhlükəsi” üzərində qurduqca 1) Cənubi Qafqazda möhkəmlənmək imkanlarına zərbə vururlar; 2) Rusiyanı sıxışdırmaq siyasətində Azərbaycanı itirirlər”.
Eltac Zülfüqaroğlu/Turkustan.az