Bu gün Xankəndidəki qondarma rejimin “prezidenti” Arayik Arutyunyan istefa verdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Arayik istefaya getməsini həm 44 günlük müharibədəki məğlubiyyət, həm bu məğlubiyyətdən sonra əhalidə ona olan inamın azalması, həm də, Azərbaycanla təmaslarda onun bioqrafiyasının yaratdığı problem əsas götürüb: “Mənim bioqrafiyam və Azərbaycanın mənə münasibəti gələcək addımlarımızın qurulması və çevik siyasət aparılması baxımından əhəmiyyətli problemlər doğuran bir sıra şərtləri süni şəkildə formalaşdırır.
Bundan başqa, müharibədəki məğlubiyyət və bundan sonra yaranan çətinliklər “hakimiyyətə”, xüsusən də “prezidentə” olan inamı xeyli azaldıb ki, bu da təbiidir. Ona görə də dəyişiklik məndən başlamalıdır. Son həftələrdə bütün daxili və xarici maraqlı tərəflər və ümumi ictimaiyyətlə əlaqələrimi nəzərə alaraq bu yekun qərarı iki gün əvvəl verdim. Bu, yalnız mənim tərəfimdən verilən məlumat analizimin nəticələrinə əsasən qəbul edilmiş qərardır”.
Arayik bundan sonrakı addımları haqda da yazıb: “Ailə üzvlərimlə birlikdəburada yaşamağa davam edəcəyəm, təhlükəsizliyin təmin edilməsində xüsusilə iştirak edəcəyəm”.
Mübariz/Turkustan.az