Mayın 27-də bir sıra Türkiyə KİV-ləri İstanbulda Azərbaycanlı reperin həbs olunması barədə məlumat yayıb.
Turkustan.az "Anadolu"ya istinadla xəbər verir ki, həbs olunan şəxs İran vətəndaşıdır.
İstanbul polisinin Narkotiklərlə Mübarizə Şöbəsi iranlı reper Asiya Əlizadəni Ataşahir səmtindəki iqamətgahında yaxalayıb. O, çəkdiyi videolarda narkotikdən istifadəni təşviq etmək ittihamı ilə tutulub.
Asiya Əlizadə Türkiyə Cəza Məcəlləsinin 190-cı maddəsinin "narkotik və ya stimullaşdırıcı maddələrin istehlakını təşviq etmə" maddəsi ilə prokurorluğa çağırılıb və dindirildikdən sonra sərbəst buraxılıb.
Daha sonra o, Türkiyədəki xarici vətəndaşların ekstradisiya mərkəzinə təhvil verilib. A. Əlizadə Türkiyədən ixrac edilib. /Yenisabah.az/