Qarabağda ləğv edilmiş separatçı rejimin İrəvandakı "nümayəndəliyinin" binası Ermənistan hökumətinin sərəncamına verilib.
Turkustan.az Unikal-a istinadla xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, 5 il əvvəl separatçı rejimin rəhbərlərindən biri olmuş, hazırda sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşı Araik Arutyunyan binanı banklardan birinə 800 min dollara girov qoyub.