Azərbaycanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla söhbət edib.
Turkustan.az xəbər verir ki, E.Əzizov qonağa paytaxt barədə məlumat verib.
Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Eldar Əzizov şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
İran Prezidenti Bakıda nə qədər əhalinin yaşadığını soruşub.
Bakı meri Pezeşkiana paytaxtda qeyri-rəsmi 3,5 milyon əhalinin olduğunu bildirib. Bu isə İran Prezidentinin təəccübünə səbəb olub.
İran Prezidenti ilə Eldar Əzizov arasındakı səmimi söhbətin videosunu təqdim edirik.