Kərə yağının saxta olub-olmadığını 5 sadə üsulla yoxlayın


Azərbaycanda kərə yağı adı ilə satılan çoxlu sayda keyfiyyətsiz yağlar mövcuddur.

Bu barədə tez-tez rəsmi qurumların açıqlamaları olur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində bu cür yağlar dövriyyədən çıxarılsa da, qısa müddət sonra bazara yenidən saxta, keyfiyyətsiz kərə yağları çıxarılır.

Mütəxəssislər isə bildirirlər ki, kərə yağının təbii olub-olmadığını ev şəraitində asan üsullarla yoxlamaq mümkündür:

- Keyfiyyətsiz kərə yağı bıçaqla kəsiləndə dağılır, qırıntılı olur, rəngi çox ağ və ya qeyri-təbii parlaq görünür. Həmçinin belə yağın dadı acımtıl və ya yad bir ləzzətdə olur. Təbii kərə yağı isə açıq sarımtıl rəngdə olur, ətirində südlü-mayaq bir incəlik hiss olunur.

- Təbii kərə yağı otaq temperaturunda (20-22°C-də) təxminən 30–40 dəqiqə ərzində yumşalır, lakin tamamilə su kimi axmır. Əgər aldığınız yağ 10–15 dəqiqə ərzində tam mayeyə çevrilirsə və kəskin, yağsız qoxu verirsə, bu, məhsulun tərkibində marqarin və ya ucuz bitki yağlarının qatıldığını göstərir.

- Kiçik bir parça yağı tavaya qoyun və zəif odda əridin. Təbii kərə yağı köpüklənərək əriyər və xoş süd qoxusu yayar. Əgər yağ əridikdən sonra içində su damcıları çıxırsa və ya yanıq qoxusu gəlirsə, bu, qatqıların əlamətidir.

- Bir çay qaşığı yağı isti su dolu stəkana atın. Təbii kərə yağı suyun içində ləkə-ləkə dağılmadan qalxır və tamamilə suda həll olmur. Əgər yağ tez suda qarışırsa, bu, tərkibində su və əlavə maddələrin olduğunu göstərə bilər.

- Bir az yağı pambıq parçasına çəkib yandırın. Təbii kərə yağı ilə yanan pambıq yumşaq və az tüstü verir. Əgər yanarkən kəskin qoxu və çoxlu qara tüstü çıxırsa, yağ təbii deyil. /pravda.az/


MANŞET XƏBƏRLƏRİ