Güney Azərbaycanın başkəndi Tərbizin “Traktor” futbol klubunun nüfuzu bütün İrana yayılıb.
Artıq digər qeyri-fars millətləri də “Traktor”un uğurlarına sevinir.
Sosial şəbəkələrdə Əhvaz ərəblərinə aid olduğu deyilən video görüntülər yayılıb. Araz news xəbər verir ki, videoda ərəb gənclər “Traktor”a dəstək şüarları səsləndirir, eyni zamanda Sözləri görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadəyə, musiqisi Emin Sabitoğluna aid olan “Azərbaycan əsgəri” marşını oxuyurlar.
Qeyd edək ki, Tərbizin “Traktor” futbol klubunun matçları keçirilən stadionlar artı milli şüarların səslənmə məkanına çevrilib. Klubun bütün oyunlarını 10 minlərlə azarkeş izləyir və onlar mili bayraqları, milli şüarlar yazılmış banerləri qaldırır, milli ruhda çağırışlar edirlər.