“Azərbaycanı daxildən qarışdırmağa çalışacaqlar”


"Uzun illərdir ki, Ermənistan-Azərbaycan münaqişəsi mövzusu xarici qüvvələrin regiona əsas təsir aləti olub. Lakin bu gün göz qabağındadır ki, Azərbaycan bu məsələni beynəlxalq gündəmdən çıxarmaq strategiyasını ardıcıl surətdə həyata keçirdiyi üçün münaqişələrin idarə olunması amili öz əhəmiyyətini itirir".

Turkustan.az xəbər verir ki, bunu politoloq Tofiq Zülfüqarov bildirib.

O, "Facebook" səhifəsində yazıb: "Beləliklə, münaqişə mövzusu nəhayət xarici qüvvələrin aləti kimi təsirini itirərsə, alternativ yaratmaq cəhdi necə və hansı formada görünəcək?

Əslində, “Ərəb baharı” hadisələri və ya Şərqi Avropa ölkələrində və postsovet ölkələrində baş verən müxtəlif rəngli və çalarlı “məxməri inqilablar” silsiləsinə nəzər salsaq, artıq cavab var.

Bizim ölkəni nə gözləyir? Münaqişələrin idarə olunması sistemini nə ilə əvəz etməyə çalışacaqları sualının cavabı da göz qabağındadır - vəziyyətin sabitliyini daxildən pozmağa çalışacaqlar. Bu məsələdə hətta bu və ya digər ictimai narazılığın özü də kənar oyunçular üçün həlledici rol oynamır. İstənilən bəhanədən istifadə etməyə çalışacaqlar, istər real, istərsə də uydurma"./yenisabah.az


MANŞET XƏBƏRLƏRİ