Ermənistanın sürətli silahlanması təhdid mənbəyi olaraq qalmaqdadır.
Turkustan.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir çıxışında Ermənistandakı revanşist meyillərdən də danışıb.
"İki gün bundan öncə kütləvi yürüş zamanı Azərbaycana qarşı Azərbaycan və Türkiyəyə qarşı ittihamlar, nifrət nitqi, Azərbaycan bayraqlarının yandırılmasına diqqət çəkmək istərdim. Digər belə hadisə Fransada da baş verib. Başqa ölkələrin dövlət atributlarına qarşı hörmətsizlik, utancverici addımların qarşısının alınması istəyimizdir”,- o deyib./modern.a