Ermənistanın Baş naziri Nikol Paşinyan ötən axşam İrəvanda qondarma erməni soyqırımı ilə bağlı keçirilən yürüş zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat kimi qiymətləndirib.
Turkustan.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
“Baş nazir Paşinyan bu cür halları məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınan dövlətlərin, xüsusilə də qonşu ölkələrin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribat xarakterli və qızışdırıcı bir addımdır”, - Baqdasaryan bildirib. /Teleqraf/