Maşın bazarı ləğv olunur? - "Vəziyyət kirtikdir, amma..."


"Maşın bazarı ən azı 30 il öz aktuallığını saxlayacaq".

Bunu Qaynarinfo-ya nəqliyyat eksperti Aslan Əsədov maşın bazarının tarixə qovuşması ilə bağlı söz-söhbətə aydınlıq gətirib.

Ekspert bu gün bazarda alıcı qıtlığının səbəblərini izah edib:

"Maşın bazarının sakinləri ancaq satıcılardır. Bazarda alıcı yoxdur. Satıcılar bütün günü o tərəf-bu tərəf gəzişir. Bu gün bazarı canlı hala gətirən orada fəaliyyətdə olan maşın salonlarıdır. Ehtiyyat hissələri satan mağazalar var. Maşın bazarı heç vaxt tarixə qovuşmayacaq. Düzdür, bazarda alver ölüb. Bunun da səbəbləri var".

Ekspert bu gün vətəndaşların maddi vəziyyətinin yaxşı olmadığını xatırladıb:

"Adamlarda pul yoxdur. Əvvəl belə deyildi. 4 həftə dalbadal maşın bazarlarında oldum, araşdırma apardım. Doğrudanda maşın bazarında vəziyyət kritik həddədir. Hər gün yüzlərlə maşın bazara daxil olur, əvəzində onlarla maşın satılır. Onlar da əsasən ideal vəziyyətdə gündəlik təlabat duyulan Rusiya avtomobilləridir".

Aslan Əsədov sosial şəbəkələr üzərindən fəaliyyətdə olan səhifələrdə maşınların qısa vaxtda satılması ilə bağlı deyilənlərin inandırıcı olmadığını vurğulayıb:

"Çünkü həmin maşınların hamısı maşın bazarında satışdadır. Əvvəl banklardan pul götürmək asan idi, indi bu çətinləşib. O vaxtlar avtomobil əldən-ələ keçsə də, pul dövriyyəsi kimi üstünlükləri var idi və bundan hər iki tərəf qazana bilirdi. Bu artıq tarixə qovuşub".


MANŞET XƏBƏRLƏRİ