Onlayn kazino, qumar oyunları tanınmışlar tərəfindən reklam edilir. Bu hal isə gündən-günə artır. Onlar müxtəlif şirnikləşdirici sözlər deyib vətəndaşlarda əminlik yaradırlar. Pravda.az-ın Xəzər TV-yə istinadən xəbərinə görə, hüquqşünaslar bildiriblər ki, həmin qumar oyunları qanunla lisenziyalaşdırılmayıbsa, onların reklam edilməsi qadağandır.
Əks halda həmin şəxslər məsuliyyətə cəlb olunurlar. Bunu edən fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min və hüquqi şəxslər 40 min manat cərimələnə bilərlər.